Londonun “Arsenal” klubu 2025/26 mövsümündə vaxtından əvvəl İngiltərə çempionu olub.
Bu, Premyer Liqanın sondan əvvəlki — 34-cü turunda “Mançester Siti”nin səfərdə “Bornmut”la 1:1 hesablı heç-heçə etməsindən sonra məlum olub.
Bu nəticədən sonra “Mançester Siti” lider “Arsenal”a çatmaq şansını itirib.
Hazırda “Arsenal”ın aktivində 82 xal var. London klubu ən yaxın izləyicisi “Mançester Siti”ni 4 xal qabaqlayır.
Beləliklə, “Arsenal” tarixində 14-cü dəfə İngiltərə çempionu adını qazanıb. Bu göstəriciyə görə London klubu Premyer Liqa tarixində üçüncü yerdədir. “Liverpul” və “Mançester Yunayted” isə hərəyə 20 dəfə ölkə çempionu olublar.
Qeyd edək ki, “Arsenal” sonuncu dəfə 2003/04 mövsümündə İngiltərə çempionu olmuşdu.
Komandanı çempionluğa keçmiş futbolçusu Mikel Arteta aparıb. 44 yaşlı ispaniyalı mütəxəssis 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. O, daha əvvəl komanda ilə İngiltərə Kubokunu və iki dəfə İngiltərə Superkubokunu qazanmışdı.

