İran televiziyalarında çalışan bəzi aparıcılar ABŞ Respublikaçı senatoru Lindsi Qrehemin ölümü barədə xəbəri tamaşaçılara “müjdə” kimi təqdim ediblər.
Aparıcılardan biri xəbəri efirdə belə elan edib: “İran düşməni Lindsi Qrehem öldü. Bu xəbər o qədər yaxşıdır ki, onu iki dəfə oxumaq istəyirəm”.
Daha sonra həmin aparıcı bildirib: “İran əleyhdarı Lindsi Qrehem öldü. O, ABŞ Konqresinin İrana qarşı ən sərt mövqedə olan üzvlərindən biri idi və dəfələrlə Trampın İrana qarşı hücumlarını dəstəkləmişdi”.
Başqa bir televiziya aparıcısı isə Qrehemin ölümü ilə bağlı çıxışında “müharibə tərəfdarı və İran əleyhdarı Lindsi Qrehemin ölümü böyük İran xalqına mübarək olsun” ifadəsini işlədib.

