Amerikalı milyarder İlon Mask İspaniyaya qanunsuz miqrant axınının ölkə büdcəsinə ağır zərbə vuracağını bildirib.
Reuters-in məlumatına görə, iyulun 30-da Şimali Afrikadakı İspaniya ərazisi Seutaya bir sutka ərzində 50 mindən çox miqrant daxil olub. İspaniya hakimiyyəti sonradan onların böyük hissəsinin könüllü şəkildə Mərakeşə qayıtdığını açıqlayıb.
Mask sosial şəbəkədəki paylaşımında vəziyyəti şərh edərək, “İspaniyanın bütün dövlət büdcəsi qanunsuz miqrantlar tərəfindən məhv ediləcək” ifadəsini işlədib.
Kütləvi axın sərhəd xidmətlərini çətin vəziyyətə salıb və İspaniya hakimiyyətini Seutaya əlavə təhlükəsizlik qüvvələri göndərməyə məcbur edib.

