Amerikalı milyarder, İlon Mask sosial şəbəkədə bildirib ki, ABŞ Prezidenti Donald Trumpın rəqibləri onu öldürmək üçün hər şeyə hazırdır.
Bu açıqlama Vaşinqtondakı Washington Hilton otelində Ağ Ev müxbirlərinin tədbiri zamanı baş verən atışma fonunda səsləndirilib.
“Demokratik şəkildə seçilmiş prezidenti öldürmək üçün özlərini belə qurban verməyə hazırdırlar,” — deyə Mask qeyd edib.

