ABŞ Prezidenti Donald Tramp amerikalı uşaqların hər birinə SpaceX şirkətindən bir səhm verməyi vəd edən milyarder İlon Maska təşəkkür edib.
Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.
“Əfsanəvi dostumuz İlon Maska inanılmaz səxavətinə görə böyük təşəkkürümü bildirirəm”, – deyə ABŞ Prezidenti yazıb.
Trampın sözlərinə görə, bu təşəbbüs uşaqların investisiya imkanlarından yararlanmasını nəzərdə tutan “Tramp hesabları” (Trump Accounts) proqramı sayəsində mümkün olub.
İlon Mask isə 2027-ci ildə ABŞ-dəki hər bir uşağa özünə məxsus SpaceX səhmlərindən birini hədiyyə edəcəyini açıqlayıb.
Sahibkar bunun planlaşdırdığı oxşar təşəbbüslərdən yalnız birincisi olduğunu bildirib.
Məlumata görə, vəd həyata keçirilərsə, təxminən 72 milyon uşaq səhm əldə edə bilər. Təşəbbüsün ümumi dəyəri 10 milyard dollardan çox qiymətləndirilir.
Qeyd edək ki, SpaceX 2002-ci ildə İlon Mask tərəfindən təsis edilib. Kosmik texnologiyalar istehsal edən şirkət 2026-cı ilin fevralında sahibkarın digər layihəsi olan xAI ilə birləşdirilib.

