Polşanın xarici işlər naziri Radoslav Sikorski İlon Maskı Starlink xidmətlərinə görə illik 50 milyon dollar ödənişi dayandırmaqla hədələyib.
Rzeczpospolita nəşrinin məlumatına görə, buna səbəb SpaceX şirkətinin Polşanı Starlink-in vahid Avropa rabitə regionuna daxil etməməsi olub.
Sikorski “X” sosial şəbəkəsində İlon Maska müraciət edərək yazıb:
“Polşalı Starlink istifadəçilərinə qarşı ayrı-seçkiliyi dayandır, yoxsa xidmətlərinə görə ildə 50 milyon dollar ödəmək fikrimizi dəyişə bilərik”.
Məlumata görə, SpaceX vahid Avropa regionuna 30-dan çox ölkəni, o cümlədən Almaniya, Çexiya, Slovakiya, Litva, Fransa, İspaniya, İtaliya, Rumıniya və Norveçi daxil edib.
Polşa isə bu siyahıya salınmayıb. Ölkədə qeydiyyatdan keçmiş Starlink hesablarının yalnız Polşa ərazisində istifadəsi nəzərdə tutulur.

