Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub.
Hadisə Ələt–Astara magistralının Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri, 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev və onun qonşusu, 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov “QAZel” markalı yük avtomobili ilə yola çıxıblar.
Bildirilib ki, Fariz Qarayevin övladı yeni ev aldığı üçün onlar həmin mənzilə məişət əşyaları aparırmışlar. Lakin səfər faciə ilə nəticələnib.
Baş verən ağır yol qəzasında hər iki şəxs hadisə yerində həyatını itirib.
Toqquşmanın gücündən “QAZel” markalı yük avtomobili iki hissəyə bölünüb.
Faktla bağlı araşdırma davam etdirilir.

