Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mart ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
DİM-dən Den.az-a bildirilib ki, mart ayında keçirilmiş imtahanlarda 152 min 827 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 2 milyon 92 min 735 olub. Mart ayı ərzində 4335 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 184 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 13934, elektron poçt vasitəsilə 2000-ə yaxın, sosial şəbəkələr vasitəsilə 2500-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 7606 olub. Abituriyent məsləhət mərkəzlərinə 6315 müraciət daxil olub.
Martda imtahanlarda 152 min 827 nəfər iştirak edib
![](/uploads/posts/2024-04/medium/1712053900_1712053675_1712052793842830964_1200x630.jpg)
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.