Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 21 nömrəli orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi, Əlizadə Fidan Elçin qızı, buraxılış imtahanında maksimum 300 bal toplayaraq özünü və məktəb kollektivini sevindirib.
Məktəb rəhbərliyi və müəllim heyəti Fidanın bu uğurunu böyük bir nailiyyət kimi qiymətləndirərək onu təbrik edib. Direktor Qədir Mikayılov bildirib ki, 9-cu sinif buraxılış imtahanları şagirdlərin əldə etdiyi bilik və bacarıqları qiymətləndirən əsas göstəricilərdəndir. Nəticələr, eyni zamanda şagirdlərin gələcəkdə daha yüksək nailiyyətlərə imza atması üçün möhkəm təməl yaradır.
Fidanın valideynləri onun bu uğuruna görə qürur duyurlar və onun gələcəkdə daha böyük uğurlara imza atacağına inanırlar.
Fidanın gələcəkdəki məqsədi həkim olmaqdır. O, kiçik yaşlarından tibblə maraqlanır və insanlara kömək etməyi özünə əsas məqsəd kimi qoymuşdur.
Fidanın bu uğuru, onun həmyaşıdlarına da motivasiya mənbəyi olaraq göstərilir. O, hər kəsə əzm və çalışqanlıqla hər bir hədəfə çatmağın mümkün olduğunu sübut edib.
Biz də Fidanı bu uğuruna görə bir daha təbrik edir və gələcəkdə ona daha böyük nailiyyətlər arzulayırıq.