Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb yaxın gələcəkdə lisey kimi fəaliyyət göstərəcək.
Den.az-ın məlumatına görə, hazırda bu istiqamətdə Elm və Təhsil Nazirliyi tərəfindən qiymətləndirmə aparılır.
Belə ki, sözügedən təhsil müəssisəsi son illərdə göstərdiyi yüksək nəticələr nəzərə alınaraq yaxın zamanda lisey kimi fəaliyyət göstərməsi nəzərdə tutulur.
Nizami Rəsulov
Den.az