Bir çox anları geri qaytarmaq, yenidən yaşamaq imkansızdır. Məktəb illəri kimi... Məktəb bizim həyatımızda çox önəmli illəri əhatə edir. Məktəb bizi ağuşuna alır, bəsləyir, bilik-bacarıqlarımızı artırır, şəxsiyyət kimi formalaşdırır, gələcək müstəqil həyata hazırlayır.
Elə buna görə də hər birimiz hər ilin “Son zəng” günündə duyğusal anlara köklənirik. Orta məktəb həyatına qayıdırıq.
Bu gün respublikanın bütün ümumitəhsil müəssisələrində 11-ci sinif şagirdləri üçün "Son zəng" çalınıb.
"Den.az" xəbər verir ki, "Son zəng" tədbiri Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə də yaddaqalan və unudulmaz olub.
Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri öz möhtəşəmliyi ilə seçilib.Sinif otaqlarında son dərs təşkil edilib.
Saray məktəbində direktordan məzunlara gözlənilməz sürpriz-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.