Azərbaycan Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) uğurla təmsil olunub.
4-12 iyul tarixlərində baş tutan nüfuzlu elmi yarışda 90-dan çox ölkənin nümayəndələri iştirak edib. Azərbaycanı müxtəlif ümumtəhsil müəssisələrindən olan beş məktəbli təmsil edib.
Azərbaycan komandası olimpiadada yüksək nəticə göstərərək 3 gümüş və 2 bürünc medal qazanıb.Tədbir çərçivəsində 57-ci Beynəlxalq Fizika Olimpiadasının 2027-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul olunub.(azərtac)

