6 
may
2024
11:47
49
Yuxarı
Anar Məmmədli barədə qərar verildi
6 may, 2024
11:47
49
Anar Məmmədli barədə qərar verildi
Məhkəmə ötən ay saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib.
Den.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil bildirib ki, Anar Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
Xatırladaq ki, A.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar