İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-İsrail əməliyyarı nəticəsində dəyən zərərə görə bir neçə ərəb ölkəsindən kompensasiya tələb edib.
Onun sözlərinə görə, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniya ərazilərinin istifadə olunmasına icazə verdikləri üçün İrana dəyən maddi və mənəvi zərəri tam şəkildə ödəməlidirlər.
İrəvani bu barədə BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.
“Bu dövlətlər İslam Respublikasına qarşı törədilən beynəlxalq hüquqa zidd hərəkətlər nəticəsində vurulan bütün maddi və mənəvi zərərə görə tam kompensasiya ödəməlidir”
İran tərəfi hesab edir ki, ABŞ əməliyyat zamanı bu ölkələrin ərazilərindən onların razılığı ilə istifadə edərək İrana qarşı hücumlar həyata keçirib.
İrəvani vurğulayıb ki, həmin dövlətlərin bu davranışı “aqressiya aktı” kimi qiymətləndirilir və onlar bununla İran qarşısında beynəlxalq öhdəliklərini pozublar.

