“ABŞ və İsrailin İrana endirdiyi zərbələr beynəlxalq hüquq normalarının birbaşa pozulmasıdır”.
Denmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qonşumuz İrana qarşı hücumlar açıq şəkildə beynəlxalq hüququ pozur. Bu günə qədər həmin hücumlar nəticəsində bir çox iranlı qardaş və bacılarımız, o cümlədən dini lider Əli Xamenei, həmçinin mülki və hərbi rəsmilər və günahsız uşaqlar həyatını itirib. Ölkəm və xalqım adından İran xalqına başsağlığı verirəm”, – deyə Ərdoğan Ankarada çıxışı zamanı bildirib.
Türkiyə Prezidenti əlavə edib ki, Fars körfəzi ölkələrində yaşayan əhali də İranın cavab tədbirlərindən zərər görüb.
“Biz bununla bağlı dərhal tədbirlər gördük. ABŞ prezidenti, Qətər əmiri, BƏƏ prezidenti, Səudiyyə Ərəbistanının vəliəhdi, Avropa Komissiyasının sədri, Almaniya kansleri və NATO-nun Baş katibi də daxil olmaqla bir çox liderlə geniş görüşlər və məsləhətləşmələr apardıq”, – deyə o vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, Ankara mövcud şəraitdə Fars körfəzi regionunda atəşkəsin əldə olunmasına fokuslanıb və bu məqsədlə diplomatik səyləri gücləndirmək niyyətindədir. Globalinfo.az

