Al Jazeera telekanalının məlumatına görə, Araqçi jurnalistlərə açıqlamasında danışıqların nüvə mövzusu və sanksiyaların ləğvi məsələsində əhəmiyyətli irəliləyiş gətirdiyini deyib.
Nazirin sözlərinə görə, bu görüşlər indiyədək keçirilən ən ciddi və ən uzun danışıqlar olub.
O qeyd edib ki, tərəflər arasında hələ də fikir ayrılıqları qalır, lakin İran və ABŞ bir sıra sahələrdə qarşılıqlı anlaşmaya yaxınlaşıb.
Araqçi əlavə edib ki, növbəti mərhələdə Tehran və Vaşinqtonda məsləhətləşmələr keçiriləcək. Bundan sonra isə gələn həftə dördüncü raund danışıqların baş tutması gözlənilir.
Nazir həmçinin təsdiqləyib ki, ABŞ və İranın texniki qrupları bazar ertəsi görüş keçirəcək.

