İran ABŞ-ı IRIS Dena freqatının batırılmasına görə hədələdi.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri beynəlxalq sularda İranın IRIS Dena freqatını batırıb. Bildirilib ki, gəmidə təxminən 130 dənizçi olub.
“ABŞ dənizdə vəhşilik törədib – İran sahillərindən 2000 mil uzaqlıqda. Sözümü yadınızda saxlayın: ABŞ yaratdığı bu presedentə görə uzun müddət peşman olacaq”, — deyə Abbas Araqçi X sosial şəbəkəsində yazıb.

