İranın xarici işlər naziri Abbas Araqçi İslamabada səfər edib. Bu barədə İranın dövlət televiziya və radio qurumu məlumat yayıb.
Məlumata görə, səfər ABŞ-la danışıqların ikinci mərhələsinin təşkili fonunda baş tutur və ötən həftə Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirin Tehrana səfərinə cavab xarakteri daşıyır.
Bildirilir ki, Araqçinin bu həftəsonu ABŞ nümayəndələri ilə görüşü planlaşdırılmır.

