İranın xarici işlər naziri Abbas Araqçi Livanın daxili işlərinə müdaxilə ilə bağlı ittihamları rədd edib.
Diplomat X hesabında yazıb ki, Beyrutun əsl düşməni İsraildir.
Onun sözlərinə görə, Livan Prezidenti Jozef Aunun açıqlamalarına baxanda “elə düşünmək olar ki, Livanın beşdəbirini İran işğal edib, əhalinin dörddəbirini evlərini tərk etməyə məcbur edib və hər gün şəhər və kəndlərə zərbələr endirir”.
Araqçi Aunu Livanı onun “əsl düşmənindən” xilas etməyə çağırıb.

