ABŞ İranla imzalanması gözlənilən anlaşma memorandumunun mətnini İsrailə təqdim etməkdən imtina edib.
Bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Məlumata görə, sənədin 19 iyunda İsveçrədə imzalanması planlaşdırılır. Telekanal bildirir ki, Amerika tərəfi İsrail hakimiyyətinə sənədlə tanış olmaq imkanı qəsdən yaratmayıb.
“İsrail ABŞ-a İranla qarşılıqlı anlaşma memorandumu ilə tanış olmaq üçün müraciət edib, lakin rədd cavabı alıb”, — deyə materialda qeyd olunub.
N12-nin məlumatına əsasən, bu addım Vaşinqtonla Təl-Əviv arasında İranla razılaşma ətrafında yaranan fikir ayrılıqlarını daha da gündəmə gətirib.

