ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İsveçrəyə yola düşüb. Burada ABŞ və İran arasında potensial nüvə sazişi ilə bağlı ilk danışıqlar raundunun keçiriləcəyi gözlənilir. Bu barədə “Axios” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Uitkoff İranla mümkün nüvə razılaşması üzrə danışıqlarda iştirak etmək üçün İsveçrəyə gedir.
“Uitkoff İsveçrəyə yola düşür. Orada İranla potensial nüvə sazişi üzrə danışıqların ilk raundu keçirilməlidir”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, danışıqlar üçün yeni vaxtın müəyyən edilib-edilmədiyi və ABŞ-dan digər rəsmilərin də İsveçrəyə gedib-getmədiyi hələlik məlum deyil.
“Axios”un məlumatına görə, ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edəcək. Danışıqlarda Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin də iştirak edəcəyi bildirilir.

