İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ölkənin xarici işlər naziri Abbas Araqçi Qətərdə səfərdədir.
Bu barədə Reuters məlumat yayıb.
Dohada İran nümayəndələri Qətərin Baş naziri, şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ilə danışıqlar aparacaqlar.
Agentliyin məlumatına görə, Dohada İran və ABŞ arasında gərginliyin azaldılması üçün mümkün addımlar, Hörmüz boğazı ətrafında təhlükəsizlik məsələləri, həmçinin zənginləşdirilmiş uran mövzusu müzakirə olunacaq.

