ABŞ-ın Kentukki ştatında qəfil daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq olunub. NBC News-un məlumatına görə, güclü yağıntılar və çayların daşması nəticəsində suyun səviyyəsi 20 santimetrdən çox qalxıb.
Xilasedicilər 60-dan çox insanı təhlükəsiz ərazilərə təxliyə ediblər.
Məlumata görə, daşqınlar nəticəsində 4 nəfərin ölümü təsdiqlənib. Bildirilir ki, bir neçə nəfər yaşayış evlərinin zirzəmilərindən çıxa bilməyib.

