ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında atəşkəs rejiminin artıq qüvvədə olmadığını bildirib.
Bu barədə o, Ankarada keçirilən NATO sammiti çərçivəsində alyansın Baş katibi Mark Rutte ilə görüşü zamanı danışıb. Məlumatı Reuters yayıb.
Tramp bildirib ki, Tehranla danışıqların davam etdirilməsində artıq məna görmür.
“Düşünürəm ki, o, artıq başa çatıb. Mən onlarla iş görmək istəmirəm. Onlar xəstə insanlardır və xəstə insanlar tərəfindən idarə olunurlar. Hesab edirəm ki, onlarla iş görmək vaxt itkisidir”, — deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, amerikalı danışıqlar aparan şəxslərə İranla dialoqu davam etdirməyə icazə verə bilər. Lakin ABŞ lideri İslam Respublikası nümayəndələri ilə görüşləri mənasız və vaxt itkisi hesab etdiyini vurğulayıb.

