Fransada anomal istilərin başladığı iyunun 19-dan etibarən su hövzələrində 131 nəfər boğularaq həyatını itirib.
Bu barədə ölkənin idman naziri Marina Ferrari məlumat verib. Xəbəri BFMTV yayıb.
Nazirin sözlərinə görə, ölənlər arasında çoxlu sayda azyaşlı və 60 yaşdan yuxarı şəxslər var. Faciələrin 55 faizi çimməyin qadağan olunduğu və ya xilasedicilərin xidmət göstərmədiyi ərazilərdə baş verib.
Güclü istilər fonunda Fransa hakimiyyəti kondisioner sistemlərinin quraşdırılmasına 100 milyon avro ayırıb.
Səhiyyə naziri Stefani Rist iyulun 10-da bildirib ki, xəstəxanalarda artıq 7,5 min kondisioner qurğusu quraşdırılıb.
Onun sözlərinə görə, iyulun 25-dək xəstəxanalardakı kondisionerlərin sayı 21 minə, avqustun əvvəlinədək isə 30 minə çatdırılacaq.

