ABŞ hakimiyyəti İrana qarşı əvvəlki hərbi həll strategiyasından tədricən “boğma” siyasətinə keçib. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp administrasiyanın yüksək vəzifəli nümayəndələrinə İranla danışıqları dayandırmağı tapşırıb.
Bundan əlavə, Ağ Ev rəsmiləri son günlər siyasi müttəfiqlərinə strategiyanın dəyişdiyini bildiriblər. Yeni yanaşma İrana “dərhal zərbə endirmək” siyasətindən ölkəyə uzunmüddətli perspektivdə “boğucu təzyiq göstərmək” strategiyasına keçidi nəzərdə tutur.
Mənbələrin məlumatına görə, Tramp Tehranın onun tələblərinə güzəştə getmək istəməməsindən narazıdır. ABŞ prezidenti dialoqu yalnız İran İslam Respublikasının liderlərinin onun istədiyi razılaşmanı imzalamağa hazır olduqlarını nümayiş etdirməsindən sonra bərpa etməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində gərginlik son günlər daha da artıb. Tramp avqustun 18-də İranla hazırda heç bir danışıqların aparılmadığını və yeni danışıqların planlaşdırılmadığını bildirib.

