ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı birtərəfli sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, bu qərar Tehranın ABŞ tərəfi ilə əldə olunan razılaşmaları nə dərəcədə yerinə yetirməsindən asılı olacaq.
Tramp qeyd edib ki, hazırda qüvvədə olan sanksiyalar İrana çox ciddi təzyiq göstərir və ölkənin bərpasına imkan vermir.
ABŞ lideri əlavə edib ki, Vaşinqtonun qiymətləndirməsinə əsasən, İran tərəfi zəruri şərtləri yerinə yetirməyə başladıqdan sonra məhdudiyyətlərin aradan qaldırılması mümkün ola bilər.

