ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Birləşmiş Ştatların ərazisi hesab etdiyini bildirib.
O, bu fikri Cənubi Karolinanın Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib. Məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Tramp vurğulayıb ki, ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və belə bir ssenarinin qarşısını almaq üçün artıq müdaxilə edib.
Onun sözlərinə görə, Tehran razılaşma əldə etməkdə maraqlıdır, lakin Vaşinqton hələlik belə bir sazişə ehtiyac olub-olmadığına qərar verməyib.

