ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin ödənişsiz olacağını bildirib. O, bu barədə jurnalistlərə açıqlamasında danışıb. Məlumatı Ağ Evin “YouTube” kanalı yayıb.
Trampın sözlərinə görə, bu məsələ ilə bağlı Tehran və Vaşinqton arasında kiçik fikir ayrılığı yaranıb.
“Bu, ödənişsiz olacaq. Bu məsələ ilə bağlı aramızda kiçik mübahisə oldu. Bu, ödənişsiz olacaq. Düşünürəm ki, boğaz açıq olacaq. Həm də hesab edirəm ki, burada sərbəst gəmiçilik təmin ediləcək”, — ABŞ Prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, ABŞ Avropalı müttəfiqlərindən hərbi dəstəyi qəbul etməyə hazırdır. Söhbət mümkün fövqəladə hadisələrin qarşısını almaq üçün tərəfdaş ölkələrin Hörmüz boğazına göndərə biləcəyi gəmilərdən gedir.
Hörmüz boğazı dünya enerji nəqli üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biri hesab olunur.

