ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında danışıqların “çox dostyana atmosferdə” davam etdiyini bildirib.
O, Miçiqan ştatında çıxışı zamanı deyib ki, ABŞ-ın İrana zərbələri bərpa olunmasaydı, bu dialoq baş tutmazdı. Trampın sözlərinə görə, Tehran ölkənin dəniz limanlarına tətbiq edilən blokadanın mümkün qədər tez aradan qaldırılmasına çalışır.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. O əlavə edib ki, mümkün nüvə təhlükəsi yaranacağı halda ABŞ bunu “çox sürətlə” zərərsizləşdirməyə hazırdır.
Tramp həmçinin İran məsələsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə aralarında kiçik fikir ayrılıqlarının olduğunu etiraf edib. Bununla belə, tərəflərin ümumi mövqelərinin bir-birinə çox yaxın qaldığını bildirib.

