ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranla münaqişədə qarşıya qoyduğu əsas məqsədə artıq nail olub və prosesin yaxın həftələrdə tamamlanması planlaşdırılır.
Bu açıqlama Ağ Evdə jurnalistlərlə söhbət zamanı səsləndirilib.
“Deyərdim ki, iki həftə ərzində… bəlkə də üç”
Trampın sözlərinə görə, bu qısa zaman çərçivəsində İranla razılaşma ehtimalı da masadan qalxmayıb.
“Bəlkə razılaşma əldə edəcəyik, çünki onlar istəyirlər… Amma çox qısa müddət ərzində bunu bitirəcəyik”
Tramp rejim dəyişikliyi iddialarını açıq şəkildə rədd edib:
“Hazırda rejim dəyişib. Bu, mənim məqsədim deyildi. Mənim bir məqsədim var idi – onların nüvə silahı olmamalıdır və bu məqsədə nail olunub”
Digər tərəfdən, Tramp Hörmüz boğazı ilə bağlı məsuliyyəti üzərindən ataraq, bu məsələdə ABŞ-ın iştirak etməyəcəyini vurğulayıb.
“Boğazla nə baş verəcək? Biz bununla məşğul olmayacağıq… Buna ehtiyacımız yoxdur”

