İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını bildirib.
Bu barədə Press TV məlumat yayıb. Rezayinin boğazın “tamamilə bağlı” olması barədə bəyanatı digər aktual mənbələrdə də yer alıb.
Onun sözlərinə görə, İran tərəfi ABŞ-nin boğazdan keçirməyə çalışdığı gəmilərə zərbələr endirir.
Rezayi bildirib ki, Tehran ətraf mühitə mümkün zərəri nəzərə alaraq həmin gəmiləri qəsdən tamamilə məhv etmir.
İran rəsmisinin sözlərinə görə, söhbət Tehranın neft qaçaqmalçılığı ilə əlaqəli hesab etdiyi Amerika gəmilərindən gedir.
Rezayi həmçinin ABŞ-nin boğazın açıq olması barədə iddialarını rədd edərək, Hörmüz boğazının İran silahlı qüvvələrinin nəzarətində olduğunu bildirib.
Denmedia.az

