İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib ki, ABŞ-nin İrana qarşı aqressiv hərəkətləri müxtəlif ölkələrin nüvə silahına sahib olmağa marağının artmasına səbəb olub.
Tasnim agentliyinə danışan Möhsün Rezayinin fikrincə, Vaşinqtonun siyasəti dünyada nüvə qeyri-sabitliyi mühiti yaradıb.
O qeyd edib ki, ABŞ-nin addımları nüvə təhlükəsizliyini gücləndirmək əvəzinə əks nəticəyə gətirib çıxarıb.
Möhsün Rezayi əlavə edib ki, baş verənlərdən sonra İran hərbi strategiya və diplomatiyadakı yanaşmalarını dəyişməli olacaq.

