Reuters-in yüksəkvəzifəli İran rəsmisinə istinadən yaydığı məlumata görə, Tehran Omanın Hörmüz boğazının birgə regional idarə olunması ilə bağlı təklifini rədd edib.
Təklif boğazdan istifadə edən gəmilərdən könüllü ödənişlərin toplanmasını və bu vəsaitin naviqasiya, təhlükəsizlik və ətraf mühitin qorunmasına yönəldilməsini nəzərdə tuturdu.
İran rəsmisi bildirib ki, Tehran bu təşəbbüsün uğur qazanmaq şansının olmadığını düşünür və birgə idarəetmə modelini qəbul etmir.

