Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.
“Den.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) məlumat yayıb.
Agentlikdən bildirilib ki, yük maşını sözügedən prospektlə hərəkətdə olarkən avtomobil tunelinin kənarına çırpılıb:
“Dərhal ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub. Qəza nəticəsində tunelin giriş hissəsində olan məhəccərlər, tökmə tumbalar və divarın bir hissəsi dağılıb.
Yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib”.
Prospektdə qəza - Tunel divarının bir hissəsi dağıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.