Sumqayıt şəhərində bir qrup gəncin buzlu hava şəraitində hərəkətdə olan avtobusun arxa hissəsindən tutaraq sürüşməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli “Den.az”-a bildirib ki, həmin şəxslərin yetkinlik yaşına çatmadıqları müəyyən edilib və onlar valideynlərinin iştirakı ilə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət ediliblər.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və etdikləri hərəkətin insan həyatı üçün olduqca təhlükəli olduğu diqqətə çatdırılıb. Valideynlərə isə övladları üzərində nəzarəti daha da artırmaq tövsiyə edilib.
Həmin videoya görə polisə çağırıldılar - Rəsmi - Foto/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.