Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.
Denmedia.az-ın şimal bürosundan verilən məlumata görə hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.
Çaqqallar həyətyanı sahəyə girərək, bağda fındıq yığan 3 nəfərə hücum edib, onları dişləyib.
Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva