Abşeronda balıq tutan şəxslər torpaq uçqununa düşüblər.
Denmedia.az xəbər verir ki, hadisə Qobustan kəndində baş verib.
Kənd sakini çayda balıq tutarkən dərəlik ərazidən qopan torpaq qat 38 yaşlı Rəşad Əhmədovun üstünə düşüb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə vaxtı onunla birlikdə olan digər balıqçı Niyaməddin Osmanov isə xəsarət alıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.