Məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Emin Nəcimulla oğlu Cəlilov ov tüfəngindən açılan atəş nəticəsində kürək nahiyəsindən vurularaq həyatını itirib.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunublar.
Qətli törətməkdə şübhəli bilinən şəxs özü polisə gedərək təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.(Oxu.az)