Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, “Mercedes” markalı (55-CC-432 dövlət nömrə nişanlı) avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yol kənarında yerləşən qaz xəttinə çırpılıb və toqquşmadan sonra yanğın baş verib.
Hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Denmedia.az xəbər verir ki Nazirliyin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri məhv olub.
“Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub”, – deyə açıqlamada qeyd edilib.

