ABŞ-da Ağ Ev yaxınlığında “arı tornadosu” yaranıb. Bu barədə Fox News jurnalisti Aleksandria Hoff məlumat verib.
Onun sözlərinə görə, arılar Prezident iqamətgahının Şimal çəmənliyində müşahidə olunub. Jurnalist sosial şəbəkədə video da yayımlayıb və həşəratların aqressiv davranışına diqqət çəkib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində jurnalistlərlə söhbət edərkən arının gözlənilməz “hücumuna” məruz qalmışdı. Hadisə cümə günü, Amerika liderinin, o cümlədən İran mövzusu ilə bağlı sualları cavablandırdığı vaxt baş vermişdi.
Bundan əvvəl isə ABŞ-ın birinci xanımı Melaniya Trampın Ağ Evdə arı saxladığı bildirilmişdi. Prezident administrasiyasının rəsmi saytında yer alan məlumata görə, Amerika liderinin xanımı Cənub çəmənliyində yeni arı pətəyinin yerləşdirilməsində iştirak edib.

