Ağ Evin kommunikasiya direktoru Stiven Çunq sosial şəbəkə X-də ABŞ prezidenti Donald Trampın guya 4 aprel tarixində xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
O bildirib ki, prezident bu günlərdə intensiv işləyib və yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Heç bir prezident Amerika xalqının rifahı üçün prezident Tramp qədər çalışmayıb. Bu Pasxa günlərində o, Ağ Evdə və Oval kabinetdə fasiləsiz işləyib. Tanrı onu qorusun”, — deyə Stiven Çunq bildirib.
Trampın guya Uolter Rid Milli Hərbi Tibb Mərkəzində müalicə alması ilə bağlı şayiələr isə Ağ Evin 4 aprel, şənbə günü prezidentin günün sonuna qədər ictimaiyyət qarşısına çıxmayacağını açıqlamasından sonra yayılıb.
Bu isə diqqət çəkib, çünki Tramp adətən həftəsonları qolf oynamaq üçün şəhərdən kənara çıxır.

