Türkiyənin Samsun şəhərində pilotsuz uçuş aparatı küçəyə düşərək iki binaya ziyan vurub. Bu barədə Sözcü qəzeti məlumat yayıb.
Nəşr yazır:
Hadisə yerində düşən obyektin pilotsuz uçuş aparatı olduğu müəyyən edilib.
Məlumata görə, insident səhər saatlarında İlkadım rayonunda baş verib. Sakinlər güclü partlayışa bənzər səsə oyanıb və küçədə aparatın qalıqlarını görüblər.
Hadisə barədə məlumatdan sonra əraziyə polis, yanğınsöndürənlər və tibb işçiləri cəlb olunub. PUA-nın düşməsi nəticəsində iki yaşayış binasının dam örtüyü və pəncərələri zədələnib.
Türkiyə polisi aparatın kimə məxsus olduğunu və hansı məqsədlə istifadə edildiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

