Keniyada yanacağın qiymətinin artırılmasına qarşı keçirilən etirazlar zamanı 4 nəfər həlak olub.
Bu barədə ölkənin daxili işlər naziri Onezimus Kipçumba Murkomen məlumat verib.
Onun sözlərinə görə, hadisələr zamanı daha 30 nəfər yaralanıb, 348 nəfər isə polis tərəfindən saxlanılıb.
Məlumatı Daily Nation yayıb.

