Füzuli rayonunun Zobucuq qəsəbəsində bədbəxt hadisə baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, Aşağı Seyidəhmədli kənd sakini, 77 yaşlı Elyar Hacıyev at belində qoyun otararkən ildırım vurması nəticəsində həyatını itirib.
Kişi hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

