Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində qeydə alınıb.
Məlumata görə, yerli sakin İbrahim Şükürlünün idarə etdiyi BMW markalı avtomobil piyadaları — 28 yaşlı Türkan Nəsirovanı və onun 2 yaşlı oğlunu vurub.
Xəsarət alan ana və uşaq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

