İordan çayının qərb sahilində İsrail hərbçiləri yeddi aylıq körpəni güllələyərək öldürüb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Hebronun cənubundakı Tel-Rumeyda rayonunda İsrail hərbçiləri içərisində bir ailənin olduğu avtomobilə atəş açıblar.
Körpənin nənəsi bildirib ki, ailə uzaqda İsrail hərbi texnikasını görüb və avtomobili saxlayıb. Lakin bir müddət sonra onlara atəş açılmağa başlanıb. Əvvəlcə yaxınları bu atəşləri xəbərdarlıq atəşi kimi qəbul ediblər.
İsrail ordusu isə təsdiqləyib ki, əsgər yaxınlaşan avtomobilə doğru bir dəfə atəş açıb.

