Naxçıvanın Qaraxanbəyli kəndində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.
DenMedia.az report-a istinadən xəbər verir ki, yerli sakin G. E. 2019-cu il təvəllüdlü velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. Uşaq sudan çıxarılaraq Naxçıvan Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

