Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş verən 5,5 maqnitudalı zəlzələ nəticəsində azı 13 nəfər xəsarət alıb. Bu barədə İbin şəhərinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri İbin şəhər dairəsindəki Şaxe qəsəbəsi yaxınlığında qeydə alınıb. Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.
Şəhər üzrə fəsadların aradan qaldırılması qərargahı dörd səviyyəli fövqəladə reaksiya sisteminin üçüncü səviyyəsini aktivləşdirib. Bundan başqa, təxminən 200 nəfər təxliyə olunaraq təhlükəsiz ərazilərə yerləşdirilib.

