Çinin Futszyan əyalətində ayaqqabı fabrikində baş verən yanğın nəticəsində azı 28 nəfər həlak olub.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə əyalətin Quançjou şəhər dairəsində qeydə alınıb. Məlumata görə, yanğınla bağlı xəbər yerli vaxtla təxminən saat 12:00-da daxil olub.
Hadisə yerinə operativ şəkildə 180-dən çox xilasedici və yanğınsöndürən cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

